
AMAK Azərbaycan Dəmir Yolları QSC-nin strateji məsləhətçisi olan GEMMS şirkəti ilə əməkdaşlıq edərək Abşeron İnteqrasiya edilmiş Dəmir Yolu layihəsində yaxından iştirak edir. Layihə çərçivəsində Bakı şəhərində, onun ətraf kənd və qəsəbələrində, eyni zamanda Abşeron rayonunda və Sumqayıt şəhərində mövcud olan dəmir yolu şəbəkəsi yenidən qurulur. Bu sistem gələcəkdə Abşeron yarımadasında şəhərətrafı sərnişindaşımasının əsasını təşkil edəcək.
Strateji məsləhətçinin məqsədi Abşeron dəmir yolu şəbəkəsini və onun stansiyalarını digər ictimai və şəxsi avtomobil nəqliyyatı ilə inteqrasiya etməkdir. Həmçinin, dəmiryol stansiyalarının piyadalar üçün əlçatan etmək və dəmir yolu boyunca yerləşən yaşayış məntəqələrində piyada və yol əlaqələrini təmin etmək əsas məqsədlərdən biridir. Layihə çərçivəsində Abşeron yarımadasında bir neçə nəqliyyat habı yaradılacaq ki, bu da əhalinin mobilliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir.


