Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər səkkiz dəqiqədən bir, dünyada bir uşaq yol qəzasında həyatını itirir. Yol qəzalarında uşaq həyatlarının itirilməsi sözün əsl mənasında epidemiyaya çevrilib. AMAK əsas fəaliyyət istiqamətlərindən biri kimi, Baş DYP İdarəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi (İSİM), Həyat Beynəlxalq Humanitar təşkilatı, Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi, Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST), Beynəlxalq Avtomobil Federasiyası (FIA), ADA Universiteti, Bakı Mühəndislik Universiteti, AvtoStop Media və digər qurumlarla əməkdaşlıq edərək Azərbaycanda sürücülər və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə çoxsaylı layihələr həyata keçirir.

Sosial proqramlar
AMAK tərəfindən keçirilən sosial layihələr haqqında məlumat.