AMAK ailəsinə xoş gəldiniz!
Azərbaycanda həm avtomobil, həm də fərqli xidmət sahələrindən eksklüziv olaraq faydalanmaq imkanı yaradan, yol hərəkəti təhlükəsizliyini həvəslə təbliğ edən və bu sahədə bənzəri olmayan ilk avtomobil klubu adından Sizi salamlayırıq!
Sizin və klubumuzun hər bir üzvünün rahatlığı və təhlükəsizliyi bizim üçün çox önəmlidir və bunun üçün böyük məmnuniyyətlə Sizi xidmətlərimizdən və endirimlərimizdən yararlanmağa dəvət edirik. Bu gündən etibarən AMAK üzvü olmağın fərqini hiss edəcəksiniz.
Ümid edirik ki, AMAK üzvü olmaqdan faydalanacaq və ölkəmizdə avtoklub mədəniyyətinin inkişafına öz töhfənizi verəcəksiniz.
Dərin hörmətlə,
AMAK-ın Prezidenti, Vüsal Rəcəbli