AMAK Könüllülük Hekayəsi

Azərbaycan Milli Avtomobil Klubu 1999-cu ildə yaradılmışdır və 2015-ci ildən Beynəlxalq Avtomobil Federasiyasının (FİA) üzvüdür. AMAK-ın əsas məqsədlərindən biri sürücülər və piyadalar arasında maarifləndirmə işləri aparmaq və Azərbaycanda yol hərəkəti təhlükəsizliyi mədəniyyətini təkmilləşdirmək məqsədi ilə müxtəlif tədqiqat layihələri, təlim proqramları və tədris layihələri vasitəsilə yol hərəkəti təhlükəsizliyini fəal şəkildə təbliğ etməkdir.

AMAK inanır ki, könüllüləri cəlb etməklə xidmət etdiyimiz cəmiyyət arasında bir körpü qurmağa kömək edə və  cəmiyyətimizə, müştərilərimizə və onların təcrübələrinə dəyər verdiyimizi və onların gələcəklərinə töhfə vermək istəyimizi göstərə bilərik.

Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST), FİA Fondu, Britaniyanın Bakıdakı Səfirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə AMAK 2016-cı ildən bəri Bakıda dövlət və özəl məktəblərdə və bağçalarda 2000-dən çox uşağı maarifləndirməklə yol hərəkəti təhlükəsizliyi üzrə layihələr həyata keçirmişdir. Bu layihə boyunca AMAK tərəfdaşı olan EASST-in 14 yaşına qədər olan uşaqlara yol hərəkəti təhlükəsizliyinin tədrisi üçün hazırlanmış Geniş Yol Hərəkəti Təhlükəsizliyi Tədris Paketindən istifadə edir.

Sosial layihələrinin bir hissəsi kimi AMAK ölkənin ən prestijli universitetlərindən olan ADA və Bakı Mühəndislər Universitetinin tələbələrindən yol hərəkəti təhlükəsizliyi fəalları kimi 20-dən çox könüllü/təcrübəçi cəlb etmişdir. Bu fəallar məktəblilərə, baxça uşaqlarına, onların valideynlərinə yol hərəkəti təhlükəsizliyi təlimləri keçmiş, tədris prosesində həm məktəb, həm də baxça müəllimlərini təlimatlandırmış və onlara köməklik göstərmişdir. Ölkədə yol hərəkəti təhlükəsizliyi təşəbbüslərini davamlı etmək, gəncləri və bizim vəziyyətimizdə tələbələri öz təcrübələrini istifadə etmək və nəticələrə töhfə verməyə həvəsləndirmək məqsədi ilə layihə çərçivəsində əldə edilmiş uğur və təşəbbüslərdən biri idi.

Yol hərəkəti təhlükəsizliyinin tədrisi ilə yanaşı, könüllülər/təcrübəçilər buklet, broşur paylamaqla, sorğular keçirməklə və maarifləndirmə aparmaq və ölkədə ictimaiyyət arasında yol hərəkəti təhlükəsizliyi mədəniyyətini təkmilləşdirmək məqsədi ilə vacib faktları və- rəqəmləri paylaşaraq, əlilliyi olan insanların müyəssərliyi və nəqliyyat, uşaq oturacaqlarının əhəmiyyəti ilə bağlı müxtəlif maarifləndirmə layihələrinin təşkili və həyata keçirilməsinə cəlb olunmuşlar. 

AMAK bir çox davam edən layihələrdə könüllülərlə çalışır və gələcəkdə yol hərəkəti təhlükəsizliyi layihələrində və təşəbbüslərində daha çox könüllü cəlb etməyi planlaşdırır, belə etməklə AMAK ölkənin böyük miqyaslı təşəbbüsləri, həmçinin “Yol Hərəkəti Təhlükəsizliyi üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı”-nın tətbiqində hökümətə dəstək üçün istedadları inkişaf edirir. Könüllüləri sosial proqramlara cəlb etməkdə AMAK-ın məqsədi ölkədə yol hərəkəti təhlükəsizliyinin davamlı inkişafına müsbət töhfələr verməkdir.

             

Həyat xilas etmək istəyirsiniz?

Bizə qoşulun!

CV göndər
  • Image
    ““AMAK-da təcrübə keçməklə və üzərimə düşən işləri tamamlamaqla mən çox fəal və sosial insana çevrildim. Ümumilikdə bu təcrübə müddəti boyunca ünsiyyət, liderlik, vaxtın idarə edilməsi, həmçinin təhliletmə bacarıqlarımı təkmilləşdirdiyimə inanıram.””
    Avaz Əmirov
    Tələbə
  • Image
    “AMAK-da təcrübə müddəti ərzində ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi və sürücülər və piyadalar arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində müxtəlif tədris layihələrində iştirak etmək şansım oldu.Ümumilikdə bu, gələcək peşəkar karyerama məni hazırlayan çox dəyərli bir təcrübə idi. ”
    Səbinə Pirəliyeva
    Tələbə
  • Image
    “Yol Hərəkəti Təhlükəsizliyini məktəb şagirdlərinə tədris etmək mənim üçün böyük bir təcrübə idi. İlk vaxtlar uşaqları idarə etmək çətin idi, lakin müəyyən vaxt keçdikdən sonra özümü təkmilləşdirdim və uşaqların diqqətini cəlb etməyi öyrəndim.Mən düşünürəm ki, bu çox möhtəşəm təcrübə idi və uşaqlarla əyləncəli və faydalı dərslərimiz keçdi.”
    Mirəngiz Əhmdəbəyova
    Tələbə
  • Image
    “AMAK-da təcrübə keçmək mənim üçün böyük təcrübə idi, çünki o, mənə təkcə peşəkar sahədə deyil, şəxsi keyfiyyətlərimə də təsir etdi. Mən, həmçinin yollarda təhlükəsizlik və onun həyatımızda rolu ilə bağlı çoxlu yeni məlumat öyrəndim. Ümumilikdə, özlərini təkmilləşdirmək şansı verən yerlərdə işləmək istəyən digər tələbələrə bunu tövsiyə edirəm. ”
    Aygün Məlikova
    Tələbə
  • Image
    ““Müxtəlif sahələrdən olan insanlarla işləmək həqiqətən möhtəşəm idi, biz təkcə uşaqlarla deyil, müəllimlər və hətta valideynlərlə də danışırdıq.İş, universitet dərsləri və imtahanları arasındakı balansı saxlamaq çətin olsa da, mən əminəm ki, biz hər şeyi uğurla başa vurduq”.”
    Rəhilə Ağababayeva
    Tələbə