AMAK Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mexanizmi layihəsi çərçivəsində Bakı şəhər əhalisinin əlilliyi olan şəxslərə və onların ehtiyaclarına dair fikirlərini öyrənmək məqsədilə sosial eksperiment həyata keçirtdi. Ümumilikdə, eksperimentdə iştirak edən aktyora kömək edən respondentlər müyəssər nəqliyyatı təmin edən qurğu və avadanlıqlara - müyəssər yollara, nəqliyyat vasitələrində qurğulara və əlil arabaları üçün panduslara böyük ehtiyacın olduğunu qeyd etdilər. Eksperiment də onu göstərdi ki, müyəssər infrastrukturun və ictimai dəstəyin olması, əlilliyi olan şəxslərə özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etmələri üçün vacib faktorlardan biridir.


