AMAK cari ilin 12 yanvar tarixində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mexanizmi Layihəsi çərçivəsində əlilliyi olan şəxslərin nəqliyyatda üzləşdiyi çətinliklər və onlar barədə statistik məlumatları cəmiyyətə çatdırmaqla, maarifləndirmə aksiyası keçirtmişdir. Həmçinin, bu məsələ barədə əhalinin fikirlərini öyrənmək məqsədilə 30 –a yaxın insandan qısa müsahibə alındı. Sonda isə respondentlər bizlərlə birlikdə əlilliyi olan insanların fikirlərini əks etdirən şüarlarla şəkil çəkdirərək onlara dəstək olduqlarını bildirdilər.