No Image

AMAK əlilliyi olan insanların cəmiyyətdə üzləşdiyi çətinliklərə həsr olunmuş dəyirmi masa təşkil etdi

19 mart 2018 - XƏBƏRLƏR

Avropa Birliyi Şərt Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mexanizmi və Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” adlı tədqiqat layihəsinin nəticələrinə dair dəyirmi masa. 
AMAK İctimai Birliyi “Azərbaycanda əlilliyi olan insanlar üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” layihəsinin nəticələrini və nəticələrə əsasən hazırladığı təkliflər toplusunun ilkin versiyasını müzakirəyə çıxarmışdır. Bu məqsədlə 16 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilati dəstəyi ilə Akademiyanın Multimedia Mərkəzində Dəyirmi Masa tədbiri keçirmişdir. 
Dəyirmi Masada ƏƏSMN yanında Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzini, Təhsil Nazirliyini, Bakı Metropolitenini, Baş Dövlət Yol Polisi İdarəsini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Ombudsman Aparatını, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, Şəhərsalma və Arxitektura Komitəsini, Bakı Nəqliyyat Agentliyini, Bakubus MMC-ni, Bakı Taksi MMC-ni, Azərbaycan Universitetini, yerli qeyri-hökumət təşkilatlarından Sosial İş İctimai Birliyini, Əlil Qadınlar Cəmiyyətini (Gəncə filialı daxil olmaqla), Əlil Təşkilatları İttifaqını, Müstəqil Həyat, Əlillərin Cəmiyyətə Inteqrasiyası İctimai Birliyini və Qızıl Aypara Cəmiyyətini təmsil edən 30 nümayəndə iştirak etmişdir.
Tədbiri AMAK-ın sosial Layihələr şöbəsinin rəhbəri Vəfa Hüseynli, layihənin ilkin nəticələri barədə qısa məlumat verməklə açmışdır. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nəqliyyat sahəsində aparılan islahatların əlliyi olan insanların həyatına təsiri barədə danışdı. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin nümayəndəsi, sosial sahədə aparılan islahatların tədqiq edilməsinin vacibliyi barədə danışdı. Azərbaycan Jurnalistlər Şəbəkəsinin nümayəndəsi isə, cəmiyyətdə əlilliyi olan insanlara qarşı düzgün fikrin formalaşmasının vacibliyini qeyd etdi.