“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsinin icrasını davam etdirir.
24 İyul 2018-ci il tarixində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) Ictimai Birliyi Binəqədi rayon, Gənclər evində 10 məcburi köçkün məktəblərin təmsil edən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayon məcburi köçkün məktəbləri arasında 10 potensial müsabiqə iştirakçı-komandalar (hər komandada 5 şagird olmaqla) yarış müsabiqəsinə start verdi.
Yol təhlükəsizliyi mövzusunda 50 sualdan ibarət rəngli şəkillərlə və yol nişanları ilə oyun-müsabiqə test sualları ilə tərtib edilmiş vərəqlər bütün komandalara paylanıldı.Komandalara vaxt verildi və həmin vaxtda test suallarını cavablandırmaq tapşırıldı.Hər 10 komandanın 5 nəfərdən ibarət olan üzvləri çox rahat şəkildə həmin sualları cavablandırdılar.Komandalar yol təhlükəsizliyi ilə hazırlanmış test-suallara böyük həvəslə hazırlaşdıqları hiss olunurdu.Komandalar verilmiş vaxt ərzində test-sualları cavablandırıb münsiflərə təqdim etdilər.Münsiflərin nəzarəti ilə aparılan test-sualların cavablarının dəqiqliyi ümumi rəydən sonra müəyyən ediləcək. Müəyyən edildikdən sonra təyin edilmiş növbəti yekun tədbirdə komandaların I,II,III-cü yerlərin qalıbləri elan ediləcək.Yekun tədbir 7 avqust tarixdə bütün komandaların iştirakı ilə keçirilməsi nəzərdə tutulub.Qaliblərə qiymətli hədiyyələr və Diplomlar təqdim ediləcək.
Tədbir günü müxtəlif Dövlət qurumlarından,Bakı şəhəri,Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktik işin təşkili bölməsinin rəisi Polis Polkovnik-Leytenantı Ömərova Məryəm,Baş İnspektor Polis-Mayoru Ələkbərova Kəmalə, Binəqədi rayon,Gənclər İdman İdarəsindən Usubova Ülviyyə, Həyat humanitar dəstək İctimai Birliyin sədri Allahverənov Azər, AMAK İctimai Birliyinin nümayəndəsi Pənahova Gülnarə və məktəb direktorları,valideyinlər,məsul şəxslər və məktəblilər iştirak etdilər.




