
Yol hərəkəti təhlükəsizliyi Bakı şəhərində diqqət tələb edən ciddi ictimai problemlərdən biridir. Aydındır ki, Azərbaycan Dövlət Yol Polisi əməkdaşları sürücülərin davranışına daima nəzarət edib, qaydaların əməl edilməsinə zəmin olurlarsa, piyadaların yolda davranışı çox zaman nəzarətsiz qalır. Dövlət Yol Polisinin təqdim etdiyi statistik məlumatlara əsasən, 2015- ci ildə Azərbaycanda 2220 yol hadisəsi qeydiyyata alınmışdır. Bunların 41,6%-də piyadalar da iştirak edib. AMAK tərəfindən həyata keçirilən “Piyadaların yol hərəkəti təhlükəsizliyi qaydalarından xəbərdar olmaları, bu qaydalara əməl etmələri və onlara münasibəti” adlı araşdırma sorğusu qeyd olunan vacib məsələyə aydınlıq gətirmək məqsədi daşıyır. Araşdırmanın nəticəsindən asılı olaraq, göstərilən sahədə ümumi vəziyyət qiymətləndirilib, aidiyyəti dövlət qurumları üçün tövsiyələr toplusu hazırlanacaq.


