No Image

Sınaq öncəsi partnyorlarla görüş

27 November 2017 - XƏBƏRLƏR

22-23 noyabr tarixlərində Azərbaycan Milli Avtomobil Klubu xidmətlərini sınaq etməzdən öncə AMAK servis və bonus partnyorlarıyla təlimat xarakterli görüş keçirdi. Görüş zamanı İT departamentinin nümayəndəsi olan Orxan Əhmədov iştirakçılara mobil əlavə və “Müştəri İdarəetmə Panelindən” istifadə qaydaları barədə təlim keçdi. Həmçinin Korporativ Əlaqələr Üzrə Direktor Sahil Əhmədov AMAK-la əlaqələndirici şəxslər olan iştirakçılara sınaq müddətində baş verəcək prosesləri və gedişatı izah etdi.

Əməkdaşların təlim zamanı verdiyi maraqlı təkliflər dəyərləndirilərək AMAK platforması üzərindən tətbiq ediləcək şəkildə nəzərə alındı.