AMAK, Azərbaycanda Beynəlxalq Avtomobil Federasiyasına (FIA) üzv olan və yol yardımı xidmətləri ilə yanaşı üzvlərə fərqli xidmətlər, tədbirlər, bonus və endirim proqramlarından faydalanmaq imkanı yaradan avtomobil klubudur.
AMAK-a üzv olmağın sadəcə bir neçə səbəbləri:
- Ölkədə mərkəzləşdirilmiş şəkildə müxtəlif növ avtomobil xidmətləri, təcili yol yardımı xidməti və geniş əhatəli bonus və endirim proqramlarından, müxtəlif tədbir və təlimlərdə iştirakdan faydalanmaq imkanı;
- Etibarlı AMAK üzvlük kartı ilə xarici ölkələrə səfər etdikdə, ehtiyac yaranarsa, FIA-ya üzv olan ölkələrdə fəaliyyət göstərən yerli avtomobil klublarının yol yardımı xidmətlərindən istifadə imkanı;
- Sizin tələb və maraqlarınıza uyğun üzvlük paketləri;
- Keyfiyyət və müştəri yönümlü xidmət;
- İxtisaslaşmış Əlaqə Mərkəzi – *5858 (24/7);
- Probleminizin əziyyətsiz həlli – Sadəcə zəng edin!
- 24/7 Təcili Yol Yardımı Xidməti;
- Lisenziyalaşdırılmış xidmət təminatçıları tərəfindən xüsusi qiymətlərlə avto xidmətlər və təmir;
- Siz təkcə müştəri deyil, həm də mehmanxanalar, restoranlar, yanacaqdoldurma məntəqələrində; və digər məkanlarda eksklüziv endirim və bonus proqramlarından faydalanan Klub Üzvüsünüz;
- Xidmət təminatçılarının geniş siyahısı və seçim imkanı;
- AMAK və tərəfdaşları tərəfindən təşkil olunacaq, yerli və xarici peşəkarların yol hərəkəti təhlükəsizliyi, avtomobil və digər əlaqəli mövzularda keçirilən təlim, seminarlarda iştirak imkanı;
- AMAK üzvlərinin maraqlarının və ölkədə nəqliyyatla bağlı onları narahat edən məsələlərin dövlət qurumlarına çatdırılması və həlli yollarının birgə axtarılması.






