No Image

Təcili yol yardım xidməti

Təcili yol yardımı xidməti dedikdə avtomobildə olan kiçik texniki nasazlıqların operativ qaydada bilavasitə yerindəcə aradan qaldırılması nəzərdə tutulur. Buraya akkumulyatorun dəyişdirilməsi, təkərin dəyişdirilməsi, zədələnmiş təkərin təmiri, indikatorların (datçiklərin) dəyişdirilməsi, mühərrik yağının əlavə edilməsi, işıq lampalarının dəyişdirilməsi, şüşə təmizləyən fırçaların dəyişdirilməsi və su qabının doldurulması, antifrizin əlavə edilməsi, elektron açar batareyasının dəyişdirilməsi, elektrik sistem qoruyucusunun dəyişdirilməsi, ehtiyat yanacağın çatdırılması və sairə xırda texniki xidmətlər daxildir.

Təcili yol yardımı xidməti qeyri-işlək və qəza vəziyyətində olan avtomobillərin təmirini nəzərdə tutmur. Bu hallarda üzvün avtomobili servis mərkəzinə evakuasiya edilə bilər. Təcili yol yardım xidməti Bakı və Xırdalan şəhərlərində həftənin hər günü 24 saat ərzində təmin olunur.

Məqsədimiz yolda avtomobilin müvəqqəti təmirini təmin etməkdir, lakin, bu mümkün olmadığı halda, sizin avtomobiliniz yaxınlıqda olan avtomobil təmir mərkəzinə evakuasiya oluna bilər.

Bu xidmətdən yararlanmaq üçün mütləq *5858 nömrəsinə zəng etməlisiniz, əks halda sürücü tərəfindən birbaşa təşkil olunan təcili yol yardımı xidmətinə görə AMAK tərəfindən heç bir ödəniş olunmayacaq.

Məlumat mərkəzində texniki heyət ilkin olaraq avtomobil ilə bağlı nasazlığı telefon vasitəsilə həll etməyə cəhd göstərəcək. Bu mümkün olmadığı halda, avtomobilinizin olduğu yerə texniki işçi göndəriləcəkdir. Texniki işçi avtomobilinizi işlək hala gətirə bilməzsə, avtomobiliniz istəyinizə və seçiminizə uyğun olaraq ya servis mərkəzinə, ya da hər hansı digər ünvana evakuasiya ediləcəkdir.

Bu xidmətdən istifadə sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xahiş olunur, üzvlük paketinizlə yaxından tanış olasınız.

Qeyd: Üzvlər xidmətdən istifadə limitini keçdiyi halda belə, endirimli qiymətlə bu xidmətdən faydalana bilər.

Xidmətlər və xidmətlərin qiymətləri barədə ətraflı məlumat almaq üçün www.amak.az səhifəsinə daxil olun və ya *5858 nömrəsinə zəng edin.


QİYMƏTLƏR: Evakuator / Təcili Yol Yardımı xidmətləri

Kluba üzv ol