Klub üzvlərinə bonuslar qazanmaq və endirimlərdən yararlanmaq imkanı da verilir! Azərbaycanda geniş və durmadan böyüyən əməkdaşlıq şəbəkəsi qurmuş AMAK, hamı üçün maraqlı ola biləcək bir sıra istiqamətdə sərfəli fürsətlər və endirimlər təklif edir.
Xidmətlər: AMAK bir çox dünyaca məşhur rəsmi avtomobil servisləri ilə əməkdaşlıq edir. Beləliklə üzvlər onların təklif etdiyi xidmətlərdən eksklüziv olaraq yararlana, eləcə də ehtiyat hissələrini endirimli qiymətlərə əldə edə bilirlər. Eyni zamanda, bir çox avtoyuma xidmətlərindən də endirimlər əldə edirlər.
Ayıq sürücü xidməti: üzvlərin təhlükəsizliyi və ümumilikdə yollarda təhlükəsizlik AMAK üçün vacibdir. Buna görə spirtli içki qəbul edilən zaman və ya hər hansı səbəbdən avtomobili idarə etmək imkanı olmayanda bu xidmətdən yararlanmaq qətiyyətlə tövsiyə edilir.
Restoran və əyləncə: Üzvlər AMAK-ın partnyorları olan məkanlarda, istirahət və əyləncə mərkəzlərində alış-veriş etməklə, loyallıq proqramına qoşulurlar. Bonus və endirimlər sayəsində, elə yerindəcə partnyorlarımızdan endirimlər əldə olunur. Bunun üçün sadəcə üzvlük kartını göstərmək yetərlidir.
Partnyorlarımızın siyahısı